ABŞ Avropaya son model döyüş təyyarələri göndərdi

Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin F-35A döyüş təyyarələrini Avropaya göndərəcəyini açıqlayıb. Təyyarələr bir neçə həftə ABŞ və NATO aviasiyası ilə birlikdə təlimlərdə iştirak edəcək.  ABŞ Hərbi Hava Qüvvələrinin təmsilçisi Mark Qraff NATO-nun şərq sərhədlərində keçiriləcək təlimlərə 6-10 arası F-35A döyüş təyyarəsinin iştirak edəcəyini deyib. Təyyarələr hələlik Britaniyada yerləşdiriləcək.

 

Qeyd edək ki, hazırda Avropa qitəsində F-35A döyüş təyyarələri yoxdur. A seriyasından olan bu təyyarələr qurudakı aerodromlara enib-qalxmaq üçün nəzərdə tutulub. Türkiyə ABŞ-a gələn ilin sonuna kimi 107 F-35 döyüş təyyarəsi sifariş edib. Təyyarələrdən ilk ikisi bu il Türkiyəyə təhvil veriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR