ABŞ ən bahalı atom bombasını sınaqdan keçirdi

ABŞ nüvə sınağı keçirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sınaq Nevada poliqonunda baş tutub.

Sınağı keçirilən atom bombası ABŞ nüvə arsenalının ən bahalı silahıdır. Onun qiyməti 8 milyard dollardır. Həmçinin B61-12 bombası ABŞ-ın ən təhlükəli silahı hesab olunur.

Bu, Amerikanın yüksək dəqiqliyə malik ilk nüvə sınağıdır. F-16-dan atılan bombanın hədəfə dəyməsi peykdən idarə olunur. Hesablamaya görə, zərbənin xəta radiusu cəmi 30 metr təşkil edə bilər.  

Bu silahı ABŞ NATO-nun Avropadakı bazalarında yerləşdirməyi planlaşdırır.

ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi üzrə İdarəsinin generalı bunu Rusiyanın nüvə potensialını təkmilləşdirməsinə qarşı atılan addım kimi qiymətləndirib.


 




 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR