Şimali Koreyadan ABŞ-a göz dağı: nüvə raketləri nümayiş etdirildi

Şimali Koreya növbəti dəfə hərbi gücünü nümayiş etdirib.

 

APA TV-nin məlumatına görə, Pxenyanın Kim İr Sen meydanında onun anadan olmasının 105 illiyi ilə bağlı hərbi parad keçirilib.


Paradı ölkənin lideri Kim Çen In şəxsən qəbul edib. Hərbi yürüşdə bu il ilk dəfə olaraq ölkə müdafiə sənayesinin istehsalı olan KN-15 ballistik raketi, habelə reaktiv artilleriya qurğuları təqdim olunub.

 

Mərasimin yadda qalan məqamı isə hakim Əməkçi Partiyanın sədr müavini Çoy Rön Henin çıxışı olub. O, nitqində ABŞ tərəfdən yönələn provokativ addımlara qarşı nüvə zərbəsi ilə cavab veriləcəyini bildirib.
 

O deyib ki, ABŞ növbəti dəfə ölkəsinə qarşı təxribat törətməyə cəhd edərsə, qarşı tərəfə sərt reaksiya veriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR