Həftənin son seansı: Neft dəyərini qorudu

Həftənin son hərracında birjalarda "Brent" markalı neft dəyərini qorumağa müvəffəq olub. Son seansda bu markadan olan neftin 1 bareli 55,64 dollardan satılıb. Bu, ötən həftə şənbə günü qeydə alınan son qiymətdən 23 sent bahadır.

 

Qərbi Texas nefti də həftə ərzində dəyərini qoruya və bir qədər artıra bilib. Sonuncu seansda WTİ neftinin bir bareli 52,89 dollardan satılıb ki, bu da ötən həftənin son qiymətindən 58 sent bahadır.

 

Analitiklər gələn həftə qiymətin daha da bahalaşacağını gözləyirlər. ABŞ-ın ehtiyatlarının həftə ərzində azalması ehtimalı böyükdür, bundan başqa FES-in dolların uçot dərəcəsini aşağı salacağı ətrafında müzakirələr də neftin bahalaşmasına birbaşa təsir göstərir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR