Ağaclardan möcüzə yaradan adam - REPORTAJ
Lənkəranın Ləj kənd sakini Sabir Bayramov 20 ildən artıqdır ki, ağac üzərində oyma sənəti ilə məşğul olur. O, bu sənəti Rusiyada yaşayarkən ustasız öyrənib. Sabir usta deyir ki, bu sənətdə çalışmaq üçün ilk növbədə görə ağacın seçilməsi vacibdir: "Ağac məhsulları burda gedir, quru ağac məhsulları, qoz, tut, bir də dəmir ağacı. Bu ağaclar əsas suvenir, qab-qaşıq hazırlamaq üçün tələb olunur".
Müsahibimiz deyir ki, bu sənət əsərlərinə əksər insanlar maraq göstərmir. Əvvəllər insanlar ən azından bu sənət ilə maraqlanırdılar: "Burda tələbat azdır, Rusiyada da tələbat çox deyil, Qazaxıstanda isə çoxdur. Onların bütün milli qabları hamısı ağacdandır, onlar ağacdan hazırlanan məişət əşyalarına üstünlük verir. Yemək qab-qaşığı, çömçə, hətta qazanları da. Yeməyi dəmirqabda bişdikdən sonra ağac qazanlara boşaldıb, süfrəyə gətirirlər".
Ustanın əl işlərinin sırasında müxtəlif heyvan fiqurları üstünlük təşkil edir. Bunun da müxtəlif səbəbləri var: "Bu qoz ağacından düzəlib, bu Qazaxıstandan gələn sifarişdir, qazaxlar üçün çörək, bir də beşbarmaq deyən yemək var, bu sifarişlər onlar üçündür. Onların bütün qablarında qoç başı təsvir olunur, ya da qartal".
Oymaçının hazırladığı əl işlərinin əksəriyyəti Qazaxıstandan sifariş olunur. Sifariş olunan eksponatların qiymətlərinə gəldikdə isə: "İki-üç saata başa gələn iş 10-15 manat dəyərində fərqlənir. Bu atın üstündə 9 gün işlədiyim üçün 600 manat dəyəri var. Təmiz qoz ağacından yonulub".
Qeyd edək ki, Sabir Bayramovun əl işləri müxtəlif sərgilərdə də nümayiş olunub və diplomlara layiq görülüb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır