Şəmkirdə evdə partlayış olub, 41 yaşlı qadın xəsarət alıb
Şəmkirdə evdə partlayış olub, xəsarət alan var. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə İrmaclı kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Mərdanova Nazilə Tanrıverdi qızı yaşadığı evin hamamında su qızdırıcısını yandıran zaman partlayış baş verib. Şahidlər deyir ki, qəfil başlayan külək alovu söndürüb sobaya qaz yığılıb. Nazilə Mərdanova sobanı yenidən yandırmaq istədikdə isə yığılmış qaz partlayaraq alışıb.
Ağır yanıq xəsarətləri alan qadın əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə olan xəstəxanalardan birinə yerləşdirilib.
Vəziyyəti ağır olduğundan Nazilə Mərdanovanın Bakıda aidiyyəti üzrə tibb müəssisələrindən birinə aparılması nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
14:39
847
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
999
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1546
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1068
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1752
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1222