Rusiya “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırıla bilər

Avropa Yayım İttifaqı Rusiyanın “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırılması məsələsini nəzərdən keçirəcək.  Bu barədə AYİ-dən bildirilib. Qurumdan həmçinin bildirilib ki, “Eurovision-2017”-nin keçirilməsi hazırda əsas prioritet təşkil edir: “Yaranan vəziyyətlə bağlı qərarlar müsabiqədən sonra veriləcək”. 

 

Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) bundan əvvəl rəsmi şəkildə Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib. “Təəssüf ki, “Birinci kanal” rəhbərliyi “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamayacağını bəyan edib. Bu isə o deməkdir ki, Rusiya bu il müsabiqədə iştirak edə bilməyəcək”, - bəyanatda qeyd olunub.  

 

Qeyd edək ki, müğənni Yuliya Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni  Rusiyanı “Eurovision-2017”də  təmsil etməli idi. 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR