Üç uşaq atası qaçırdığı gənc qızı öldürdü

Yardımlı rayonunda 23 yaşlı qadın həmkəndlisi tərəfindən qətlə yerilib.  APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonunun   Telavar kəndində qeydə alınıb. Kənd sakini, 3 uşaq atası, 34  yaşlı   Niyaz Təhməzov  həmkəndlisi olan 23 yaşlı  Natəvan Babayevanı boğaraq öldürüb.

 

Bir neçə gün əvvəl Natəvan Babayevanın  valideynləri Yardımlı Rayon Polis Şöbəsinə qızlarının itkin düşməsi ilə bağlı müraciət ediblər. Polisin apardığı araşdırmalar zamanı müəyyən edilib ki, Natəvan Babayevanın kənd sakini Niyaz Təhməzovla münasibəti olub və onu Niyaz qaçırıb. Natəvan Babayeva itkin düşdüyü gün Niyaz Təhməzovla birlikdə kənddə heç kimin yaşamadığı evə gəlib  və burada onların  aralarında mübahisə yaranıb.  Mübahisə zəminində Niyaz  Natəvanı tövləyə  aparıb və orada boğaraq öldürüb.  Daha sonra isə meyiti samanlıqda gizlədib. Polis cinayətin üstünü açdıqdan sonra Niyazi Təhməzov saxlanılıb. O, Natəvan Babayevanı öldürdüyünü etiraf edib. Faktla bağlı Yardımlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR