Türkiyə səfiri "ABAD" sənətkarlıq mərkəzi ilə tanış olub
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində "ABAD" sənətkarlıq mərkəzi ilə tanış olub. APA TV-nin məlumatına görə, "ASAN xidmət"in sədri İnam Kərimov səfirə mərkəz barədə məlumat verib. Bildirib ki, "ABAD"ın əsas məqsədi ailə biznesinə asan dəstək olmaqdır: "ABAD xidmət" bildiyiniz kimi "ASAN xidmət"dən sonra prezident tərəfindən ötən il yaradılmış, bir yeni qurumdur. Prezidentin tapşırığına əsasən, bu qurumum məqsədi, Azərbaycanda ailələrə kiçik bizneslərini yaratmağa dəstəkdir. Bu gün biz "ABAD" mərkəzində sizinlə birlikdəyik və artıq bu mərkəzdən sonra təşəkkür edirik ki, bu mərkəz TİKA təşkilatının birbaşa dəstəyi ilə ərsəyə gəlib. Biz gələcəkdə öz əməkdaşlığımızı daha da gücləndirmək, niyyətindəyik. "ABAD"la TİKA arasında bu cür əlaqələr Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin bir təcəssümüdür".
Mərkəzlə tanış olan səfir bu təşəbbüsü çox yüksək dəyərləndirib. Bildirib ki, bu həm də Azərbaycanın keçmişini gələcək nəsillərə çatdırmaq üçün çox gözəl işdir: "Bu əl işləri xalqın yaşatdığı sənət nümunələridir. Həm də cəmiyyətin çox böyük sənət əsərləridir. Bu sənət əsərləri Azərbaycanın turizm sektorunun inkişafı üçün də yaralı olacaq. Biz də TİKA-nın təşəbbüsü ilə belə bir işə dəstək olduğumuz üçün məmnunuq. Mərkəz çox yaxşı yerdə yerləşir. "ASAN xidmət"ə bu işlərə görə təşəkkür edirəm".
Türkiyə Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Adəm Urfa isə bildirib ki, bu, bir başlanğıcdır: "Sənətkarlıqla bağlı təhsil mərkəzi açılacaq. Ayrıca bir keramika emalatxanası və şüşə sənətləri ilə bağlı da işlərimiz olacaq".
Qeyd edək ki, ilkin mərhələdə "ABAD" sənətkarlıq mərkəzində 63 ailənin 500 adda 2000-dən çox sənət nümunəsi, 5 ailənin isə 10 adda kənd təsərrüfatı məhsulları satışa çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır