Bakıda polis əməliyyatı: 3 nəfərdən silah-sursat götürüldü
Sabunçu rayon Polis İdarəsi 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovu şübhəli şəxs qismində saxlayıb. APA TV-nin məlumatına görə, onun evinə baxış keçirilən zaman həyətində istifadə olunmayan tikilidən 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli "Karabin"markalı tüfəng, RQD-5 əl qumbarası və AK 74 avtomatına məxsus süngü bıçağı götürülüb.
Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən də analoji əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Maştağa qəsəbə sakini Sahib Əliyev Albalılıq bağ massivində şübhəli şəxs qismində tutulub. Onun üzərinə baxış zamanı əynindəki gödəkçənin altında gizlətdiyi 1 ədəd nömrəsi silinmiş "Kalaşnikov" markalı avtomat silahı aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin (NBPİ) əməkdaşlarının da keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb.
Əməliyyat tədbirləri ilə R.Nəcəfov Bakı Dəmir Yol Vağzalında saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd "Makarov"markalı tapança və içərisində 5 ədəd patron daraq aşkar olunaraq götürülüb.
Qeyd edilən hər 3 faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır