Şimali Koreya: ABŞ gəmilərini çəkməsə vuracağıq!
"Şimali Koreya ABŞ hərbi qüvvələrinə preventiv zərbə endirilməsinə hazırdır".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xan Son Rel bildirib.
O, həmçinin regionda gərginliyin artmasında ABŞ prezidenti Donald Trampı ittiham edərək, Ağ Ev rəhbərinin seçki kampaniyası zamanı açıqladığı Şimali Koreya lideri ilə görüş niyyətini boş vəd adlandırıb.
Nazir müavini eyni zamanda D. Tramın Şimali Koreyaya olan münasibətdə öncəki administrasiyaya nisbətən daha amansız və aqressiv olduğunu qeyd edib:
"Bizim güclü nüvə arsenalımız var. Əgər ABŞ "Karl Vinson" aviadaşıyıcısı nümunəsindəki kimi məntiqsiz hərbi manevrlərini davam etdirəcəksə, cavab zərbəsi endirəcəyik" - deyə, nazirlik rəsmisi vurğulayıb.
Xan Son Rel ölkəsinin Vaşinqton nüvə təhdidlərindən əl çəkməyənədək hərbi potensialını gücləndirəcəyini də gizlətməyib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır