Fermer ziyana düşdü: 2350 ev quşu yemdən zəhərlənib öldü

Kürdəmir sakininin fərdi təsərrüfatındakı yüzlərlə cücə tələf olub. APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Sığırlı kənd sakini, Mahir Həsənova məxsus fərdi təsərrüfatındakı 2 aylıq 2350 ev quşu  2 gün ərzində tələf olub.

30 ildir bu işlə məşğul olan M. Həsənov belə bir hadisənin onun başına ilk dəfə gəldiyini  deyir. Zərərçəkən iddia edir ki, müalicə məqsədi ilə baytarlıq aptekindən aldığı dərmanı yemə qatıb  cücələrə verdikdən bir necə saat sonra ev quşları  kütləvi şəkildə tələf olub.

Hadisə ilə əlaqədar əraziyə cəlb olunan rayon baytarlıq xidmətinin rəisi Mehman Nəsirov cücələrin   tələf olmasının dəqiq səbəbinin hələlik məlum olmadığını bildirir. O, bir neçə quşdan analiz məqsədi ilə nümunələrin götürülərək respublika baytarlıq laboratoriyasına göndərildiyini  deyir. Cücələrin kütləvi şəkildə  tələf olmasının dəqiq səbəbi yekun rəydən sonra məlum olacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR