Rusiya "Eurovision" yarışmasından kənarlaşdırıldı
"Təəssüflə bildiririk ki, Ukraynada keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin Rusiyada yayımlanması üçün təklif olunan alternativ variantlardan imtina etdiyinə görə bu ölkənin təmsilçisi yarışmada iştirak edə bilməyəcək".
APA TV-nin Rusiya mediasına istinadən məlumatına görə, bu açıqlama Avropa Yayım Birliyinin rəsmi saytında yer alıb.
Bununla yanaşı müsabiqənin Müşahidə Şurasının sədri Frank-Ditter Freylinq Ukraynanın bu addımının yarışmanın ruhuna zidd olduğunu və qınandığını qeyd edib.
Öz növbəsində Rusiya tərəfi isə Y. Samoylovanın Ukraynaya buraxılmamasını siyasi motivlərlə əsaslandırıb.
Qeyd edək ki, Rusiya təmsilçisinin "Eurovision"da iştirak etmək üçün Ukrayna ərazisinə buraxılmaması səbəbindən həm "Первый канал", həm də ВГТРК bu ilki müsabiqəni yayımlamaqdan imtina edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır