Rəsmi Dəməşqdən Trampa cavab: "Heyvan sənsən..."

Suriyanın Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Bəşər Əsədi heyvan adlandırmasına cavab verib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, nazirliyin açıqlamasında B. Əsədin suveren respublikanın prezidenti olduğu bildirilib: "Əgər siz özünüz heyvansınızsa, başqalarının da sizə oxşadığını zənn etməyin. B. Əsədin kim olduğuna Donald Tramp yox, Suriya xalqı qərar verməlidir" - deyə, xarici işlər nazirinin köməkçisi Ayman Sussan bildirib.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp son açıqlamasında Bəşər Əsədi təhqir edərək heyvana bənzədib. O, hələ sələfi Barak Obamanın dövründə Suriyaya raket zərbələrinin endirilməli olduğunu qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR