ABŞ donanması zərbə məsafəsində: raketlər Şimali Koreyaya tuşlandı
"Carl Vinson" abiadaşıyıcısının liderliyi ilə ABŞ donanması Şimali Koreya sahillərinə yaxınlaşıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə,
hərbi gəmilər artıq zərbə məsafəsindədir.
"Tomahavk" raketləri ilə təchiz olunmuş iki esmines isə Şimali Koreyanın nüvə poliqonunu hədəfə alıb.
Pxenyanın raket sınaqlarını davam etdirəcəyi təqdirdə amerikalıların istənilən an zərbə endirə biləcəyi və hücuma keçəcəyi istisna edilmir.
Xatırladaq ki, ABŞ donanması bu həftənin əvvəlində Şimali Koreya sahilləri istiqamətində hərəkətə keçib. Rəsmi Pxenyandan bu addım təhrik kimi qiymətləndirilib. Şimali Koreya hakimiyyəti müharibəyə hazır olduqlarını da bəyan edib.
Bu arada Pxenyan aprelin 15-də Kim İr Senin anadan olmasının 105 illiyi münasibətilə daha bir ballistik raketi sınaqdan keçirməyi planlaşdırır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır