Təhsil İdarəsi: "İslam Həmrəyliyi Oyunları zamanı dərslər təxirə salınması ilə bağlı konkret göstəriş yoxdur"
Təhsil İdarəsi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının paytaxt məktəblərində dərslərə təsir edib-etməyəcəyi məsələsinə aydınlıq gətirib.
APA TV-nin xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, mayın 12-22-də keçiriləcək Oyunlarının yüksək səviyyəli beynəlxalq tədbir olduğunu nəzərə alaraq şagirdlərin və məktəblərin qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin üzərinə düşür.
Bu işin təşkilini və nəzarətini idarənin həyata keçirdiyini deyən M. Vəliyeva qeyd edib ki, tədris proqramlarının vaxtında yerinə yetirilməsi əsas məqsədlərdən biridir: “Tədris prosesinə mane olmadan beynəlxalq tədbirdə Bakı məktəblərinin iştirakı təmin ediləcək. Bunun üçün xüsusi təşkilati işlər görülür”.
Oyunların keçirildiyi müddətdə dərslərin müəyyən müddətə təxirə salınıb-salınmayacağına gəlincə, M. Vəliyeva vurğulayıb ki, bununla bağlı Təhsil Nazirliyi idarəyə heç bir tapşırıq və ya göstəriş verməyib: “Hər hansı göstəriş olarsa, o zaman icra ediləcək”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır