Beynəlxalq Enerji Agentliyinin son hesabatı nefti bahalaşdırdı
Beynəlxalq Enerji Agentliyinin son hesabatı neftin qiymətini bahalaşdırıb. APA TV-nin məlumatına görə, hesabatda bildirilir ki, tezliklə dünya bazarında neftə olan tələbat təklifi üstələyəcək. Agentlik qeyd edir ki, ötən ay neft hasil edən ölkələrdə hasilat ümumilikdə 17,2 milyon barel azalıb.
Bundan başqa ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabat da neftin qiymətinə pozitiv təsir göstərib. Rəsmi hesabata əsasən, ABŞ-da uzun fasilədən sonra ilk dəfə ehtiyatların həcmində azalma qeydə alınıb. Proqnozlara əsasən, 87 min barel artım gözlənilsə də, bu təxminlər özünü doğrultmayıb. Ötən həftə ABŞ-da neft ehtiyatlarının həcmi 2,2 milyon barel azalıb.
Hər iki hesabat neftin bahalaşmasına təsir göstərib. Son 24 saat ərzində "Brent" neftinin maksimum qiyməti 56.02 dollar olub, Qərbi Texas nefti isə 53,34 dollara satılıb.
Bu gün birjalarda həftənin son hərracları keçiriləcək. Birjalar fəaliyyətini bazar ertəsi bərpa edəcəklər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır