ABŞ yenə səhv etdi: İŞİD-in yerinə...

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada yanlışlıqla müxalifəti bombalayıb. APA TV-nin məlumatına görə, hadisə adı çəkilən ölkənin Tabqa şəhərinin cənubunda qeydə alınıb.

Pentaqon hadisəni təsdiqləyib: "Zərbə müttəfiqlərimizin kəşfiyyatı nəticəsində İŞİD-in mövqelərinə endirilməli idi. Həmin bölgədə bizə terrorçuların cəmləşdiyi məlumatı verilmişdi. Həmin nöqtə isə "Suriya Demokratik Gücləri"nin ön mövqeləri olub", - deyə açıqlamada qeyd edilir.

Hərbi komandanlıqdan bildiriblər ki, hazırda məsələ araşdırılır və gələcəkdə belə halların təkrarlanmaması üçün tədbirlər görüləcək.

Yanlış zərbə nəticəsində "Suriya Demokratik Gücləri"nin 18 döyüşçüsünü itirdiyi bildirilir.


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR