ABŞ Əfqanıstana dəhşətli bomba atdı
ABŞ Əfqanıstana arsenalındakı ən güclü bombalardan birini atıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser qeyri-nüvə bombasından istifadə olunmasına münasibət bildirib.
O, terrorçulara bu cür dağıdıcı silahla zərbə endirilərkən mülki vətəndaşların zərər çəkməməsinə çalışdıqlarını açıqlayıb.
Spayser keçirilən əməliyyatın əsas məqsədinin İŞİD-in istifadə etdiyi yeraltı yol və mağaraların dağıdılması olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, ABŞ 13 aprel tarixində həyata keçirdiyi aviazərbələr zamanı "GBU-43/B B Massive Ordnance Air Blast" fuqas tipli abiabombalarından istifadə edib. Onun uzunluğu 9,17 metr, diametri isə 102,9 sm təşkil edib. Partlayıcının trotil gücü isə 9,5 tondur. Bombanın təsir radiusuna gəlincə, partlayıcı düşdüyü radiusdan 1,5 kilometr ərazidəki 140 metr sahəni dağıtmaq gücünə malikdir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır