Tramp: "NATO ilə bağlı dediklərim yanlış idi"
Donald Tramp prezident seçkiləri kampaniyası zamanı NATO barədə fikirlərindən vaz keçib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Ağ Ev sahibi o zaman alyansı "qocalmış" və "effektsiz" adlandırmışdı.
Donald Tramp həmin fikirlərinin yanlış olduğunu NATO baş katibi Yens Stoltenberqlə Vaşinqtondakı görüşdən sonra etiraf edib.
Bundan başqa o, ABŞ-ın Suriyanın Şayrat aviabazasına endirdiyi zərbələri dəstəklədiyinə görə, hərbi bloka minnətdarlıq ifadə edib.
"Stoltenberqlə görüşümüz yüksək səviyyədə keçdi və çox məhsuldar oldu. Biz beynəlxalq terrorçuluğa qarşı mübarizənin daha da gücləndirilməsini müzakirə etdik. Biz ümumi problemlərimizi həll etməliyik. NATO-nun hər bir üzvü onun gücləndirilməsi prosesində yaxından iştirak etməlidir və maliyyə məsələləri həll olunmalıdır. Çoxu bunu etməyib".
Öz növbəsində Stoltenberq Rusiya sərhədləri yaxınlığında rəhbərlik etdiyi qurumun hərəkətlərinin "müdafiə məqsədli"olduğunu deyib. O əlavə edib ki, NATO Avropanın şərqində daha da güclü olmalıdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır