Quldur dəstəsinin üzvü: "Pul vermədilər, mənə atdılar"

Baş Cinayət Axtarış İdarəsi və Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də rayon sakini Tamella Rzayevaya qarşı törədilən quldurluq hadisəsinin digər iştirakçısı, Dəstəfur kənd sakini, 30 yaşlı Kamil Rzayev saxlanılıb. Saxlanılan şəxslərin ətrafında aparılan araşdırmalar zamanı ötən ildən bağlı qalan digər bir oğurluq faktının da üstü açılıb.

"Həmin şəxsin ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki Rzayev Kamil Hüsaməddin oğlu Əsədov Rahib Rəşid oğlu ilə birlikdə 2015-ci ilin oktyabrında Məsim Bağırovun evindən 3 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar. Həmin şəxslərin ətrafında əməliyyat axtarış tədbirləri davam etdirilir".

Kamil Rzayev hər iki cinayət hadisəsində iştirakını təsdiqləyib. O bildirib ki cinayət hadisələrində gözətçi və sürücü qismində iştirak edib. Kamil Rzayev əldə etdikləri qənimətin bölgüsü zamanı cinayət ortaqlarını ona yalan danışmaqda qınayıb. 

"Mənə pay deməmişdi. Dedi ki sənə artıqlaması ilə pul verəcəyəm. Getdi gəldi, dedi ki ilişmişəm. Qızıl oğurluğundan pul ala bilmədim. Mənə atdılar. Çıxarıb cəmi 50 manat pul verdi.  Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR