Vitali Kliçko Bakı ilə əməkdaşlıqdan danışdı

"Hesab edirəm ki, paytaxtlarımızın arasındakı əməkdaşlıq potensialından yetərincə istifadə olunmayıb".

 

APA TV-nin məlumatına görə, bu fikirləri paytaxtımızda səfərdə olan Kiyev meri Vitali Kliçko jurnalistlərə açıqlamasında bildirib:

 

"Biz indi əməkdaşlığımızın ilkin mərhələsindəyik və istər biznes və mədəniyyət, istərsə də idman sahəsində mövcud əlaqələri daha da inkişaf etdirməliyik. Qarşımızda duran vacib məsələ əvvəlki illərdə istifadə olunmayan potensialdan maksimal dərəcədə yararlanmaqdır. Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı biz bu məsələləri xüsusilə müzakirə etdik.  Düşünürəm ki, biz Bakıdakı həmkarımla bu istiqamətdə birgə fəaliyyət göstərəcəyik".

 

O, həmçinin ölkəsinin beynəlxalq səviyyəli tədbirlərin təşkilindəki təcrübəsindən də söz açıb:

 

"Bizim müxtəlif dünya səviyyəli tədbirləri, o cümlədən Futbol üzrə Avropa Çempionatını keçirmək üçün zəngin təcrübəmiz var. Ölkəmizə gələnlərə ilk növbədə zəngin mətbəximizi dadmağı təklif edirik. Ən əsası, Kiyevə qonaq gələnlər şəhər sakinlərinin qonaqpərvərliyi ilə qarşılaşacaqlar".

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR