Prezident Hacı Cavad məscidinin sökülməsinin dayandırılması barədə tapşırıq verib

Prezident İlham Əliyev Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Bu barədə APA-ya Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, prezident Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub. Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin sökülməsinin dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Əli Həsənov prezidentin məscidin söküntüsünün dayandırılması ilə bağlı tapşırıq verdiyini və mövcud vəziyyətin araşdırılması ilə əlaqədar müvafiq komissiyanın işə başladığını nəzərə alaraq, həmin ərazidə toplaşan insanları təmkinlə davranmağa və oranı tərk edərək komissiyanın işi üçün zəruri şərait yaratmağa çağırıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR