Lavrov: "ABŞ-la razılaşmanı yenidən gözdən keçirəcəyik"
"Moskva Suriyada baş verən insidentlərin araşdırılması barədə ABŞ-Rusiya razılaşmasının yenidən gözdən keçirilməsini məqbul sayır". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, belə bir açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Reks Tillersonla görüşdən sonra çıxış edib.
Rus diplomat qeyd edib ki, bunun üçün Suriyada Rusiya və ABŞ hərbi aviasiyalarının məqsədləri müzakirə olunmalıdır. Əsas məqsəd isə odur ki, İŞİD terror təşkilatı və adı çəkilən ölkədə digər silahlı qruplaşmalara qarşı birgə mübarizənin qayəsi açıqlanmalıdır.
ABŞ prezidentinin Bəşər Əsədə qarşı təhqiramiz ifadələrinə və onun İdlibdə kimyəvi silahdan istifadə etməsinə gəlincə, Lavrov bildirib ki, bəzi KİV-in yaydığı məlumatlara əsaslanmaq lazım deyil.
Rusiyanın bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımadığını vurğulayan nazir, ölkəsinə qarşı yönələn ittihamların heç bir əsasa söykənmədiyini də deyib.
Əsədin taleyinin necə olacağına toxunan Lavrov bildirib ki, bu, şəxsiyyət məsələsi deyil. Amma məsələyə son nöqtəni suriyalılar qoymalıdır.
Tillerson isə öz növbəsində Suriya böhranının sülhlə həll edilməsində Rusiyanı ABŞ-ın müttəfiqi adlandırıb.
Diplomatların görüşündə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə söhbət getməyib.
İran və Şimali Koreyanın nüvə sınaqlarının təhlükəli olduğunu hər iki tərəf qəbul edib.
titr
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır