Ermənistan ordusu Qarabağda hərbi təlimlərə başladı

Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçir.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, ermənilər bu gün saat 11:00-dən etibarən Ağdamın Uzundərə adlanan ərazisində təlimlərə başlayıb. Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən ağır artilleriya qurğularından istifadə edirlər. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR