Çin Şimali Koreya sərhədinə qoşun yığır

Çin Şimali Koreya ilə sərhəddə müharibə hazırlıqlarına başlayıb.

 

 

APA TV-nin "United Press International"a istinadən məlumatına görə, Çin hökuməti ordunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı göstəriş verib.

Sözü gedən əmr ölkənin ümumilikdə 5 hərbi dairəsini əhatə edir.

 

Eyni zamanda Şandun, Çjetsyan, Yunnan əyalətlərindəki ordu hissələrinin Şimali Koreya sərhəddin cəmləşdirildiyi də yayılan xəbərlərdə yer alıb yer alıb. Məlumatlı mənbənin bildirdiyinə görə Çin daha 25 min hərbçinin hər an sərhəd zonalarına dislokasiya oluna biləcəyi barəsində xəbərdarlıq edib.

 

Xatırladaq ki, bir qədər əvvəl rəsmi Pekin ABŞ-ın Şimali Koreyaya Hərbi Dəniz Donanmasına aid qrup göndərməsinə cavab olaraq əraziyə 150 min hərbçi göndərib.

 

Qeyd edək ki, qoşunların sərhəddə cəmləşdirilməsinin səbəbi ABŞ-ın aprelin 7-də Suriyada həyata keçirdiyi ssenarinin təkrarlanacağından hakimiyyətin ehtiyatlanmasıdır.




 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR