OPEK-in hesabatı neftin qiymətinə dəstək oldu

OPEK mart ayında gündəlik hasilatı 153 min barel azaldıb. Bu barədə kartelin açıqladığı hesabatda bildirilir. Hesabata əsasən, OPEK-ə üzv 11 ölkə gündə 29,761 milyon barel neft hasil edirlər. Bununla da hasilatın azaldılmasına dair öhdəlik kartel tərəfindən 104 faiz yerinə yetirilmiş olub.

 

OPEK 2017-ci ildə dünyada neftə olan sutkalıq tələbatın 1,26 deyil, 1,27 barel olacağını proqnozlaşdırır. Hesabatda qeyd olunur ki, OPEK üzvləri razılaşmaya riayət etsələr də, kartelə üzv olmayan ölkələrdə gündəlik hasilat həcmi martda 400 min, apreldə isə 580 min barel artıb.

 

Amerika Neft İnstitutunun ölkədə neft ehtiyatlarının həcminə dair hesabatı analitiklər üçün gözlənilməz olub. Hesabatda ötən həftə ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının 1,3 milyon barel azaldığını proqnozlaşdırılır. Analitiklər isə ehtiyatların 87 min barel artacağını düşünürlər.

 

Bu situasiya neftin qiymətini stabilləşdirib. Hazırda birjalarda "Brent" neftinin bir bareli 55,87 dollardan satılır, Qərbi Texas neftinin bir bareli isə 53,09 dollara təklif olunur. Qiymətlərin birjaların son seanslarına kimi 57 dollara çatacağı ehtimal olunur. Həftənin son seansları sabah axşam keçiriləcək. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR