Şimali Koreyadan müharibə mesajı: Paytaxt boşaldıldı

Şimali Koreya rəhbərliyinin paytaxtı boşaldaraq müharibə vəziyyətinə keçdiyi iddia olunur.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Kim Çen In əmri ilə ordu müharibəyə hazırdır və ölkədə həyəcan siqnalı verilib.

Cənubi Koreya mənbələri isə sərhədin o biri tərəfində xalqın sığınacaqlara yerləşdirildiyini qeyd edir.

 

Eyni zamanda ABŞ-ın böyük bir donanma qrupunu Koreya yarımadasına göndərməsindən sonra Yaponiyanın da hərbi gəmilərini bu donanma qrupuna qatmaq üçün hazırlaşdığı bildirilir.  

 

"The Guardian"ın xəbərinə görə, Yaponiya Şimali Koreyanı "fikrindən daşındırmaq" məqsədi güdür.

Cənubi Koreyadan verilən açıqlamada isə ABŞ-ın "qabaqlayıcı" hücumunun dəstəklənməyəcəyi elan olunmuşdu. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR