Türkiyədə İŞİD və “Fəth əl Şam” üzvləri tutuldu

Türkiyənin Adana şəhərində İŞİD və “Fəth əl Şam” terror təşkilatlarına qarşı əməliyyat keçirilib. APA TV-nin məlumatına görə, əməliyyat zamanı 19 nəfər saxlanılıb.

 

İŞİD və “Fəth əl Şam” terror təşkilatları üçün adam toplamaqda və maliyyə yardımı göstərməkdə şübhəli bilinənlərin dindirilməsi başa çatıb və onlar məhkəmə qarşısına çıxarılıblar. Aralarında suriyalıların da olduğu 19 nəfərdən 10-u barəsində həbs-qətimkan tədbiri seçilib, 9 nəfər isə nəzarət altında qalmaqla azadlığa buraxılıb.

 

Əməliyyatlarda 500 polis əməkdaşı iştirak edib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR