Sabirabadda canavarlar 31 qoyunu parçalayıb
Sabirabadda canavarlar qoyun sürüsünə hücum edib. Hadisə rayonun Azadakənd kəndində qeydə alınıb. Kənd sakini Rüstəm İlham oğlu Qurbanova məxsus təsərrüfatda canavarlar 70 baş qoyun olan tövləyə hücum edib. Bir neçə qoyunu parçalayan yırtıcılar sürünü çöllüyə qovub.
Təsərrüfat sahibi deyir ki, kənd camaatı köməyə gəlsə də, heç nə edə bilməyiblər.
Rüstəm Qurbanov, zərərçəkən: Gecə yarısı it hürdü səsə çıxdım gördüm ki, təsərrüfata canavarlar hücum edib. 70 qoyundan 31-i tələf olub. 4 canavar sürünü qovdu apardı Kürün sahilinə. Kənd camaatının, əmimin və qardaşımın köməyi ilə sürünün arxası ilə getsəm də çata bilmədim. 31 qoyunum tələf olub. Xilas edə bilməməyimin də səbəbi canavarların güllələnməsinə icazənin verilməməsidir. Sağ qalan qoyun-quzunun da bəziləri yaralıdır.
Canavarların təsərrüfata hücumu ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır