Dortmund terrorunda İŞİD izi: iki nəfər tutuldu

Almaniyanın Dortmund şəhərində Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borrusiya”-“Monako” oyunu ərəfəsində partlayışlar törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

 

İlkin məlumata görə, partlayışları İŞİD terror təşkilatının üzvləri törədiblər. Saxlanılanlardan biri alman, digəri isə iraqlıdır.

 

Hadisə yerindən tapılan məktubda terrorçular ictimai xadimləri və futbolçuları öldürəcəklərini bəyan ediblər. Onlar Almaniya hökumətindən Ramştayn Amerika bazasının bağlanmasını və Yaxın Şərqdən “Tornado” qırıcılarının geri qaytarılmasını tələb ediblər.

 

Qeyd edək ki, terror aktı Dortmundun “Borrusiya” futbol klubunun üzvlərini aparan avtobusun yolunda törədilib. Avtobus futbolçuların axşam yeməyi yediyi oteldən yola düşüb və cəmi 100 metr irəliləyə bilib. Partlayış nəticəsində avtobusu müşayiət edən polis əməkdaşı kontuziya alıb, “Borussiya”nın müdafiəçisi Mark Bartr isə yaralanıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR