Göyçayda çörəyin qiyməti ucuzlaşıb
Göyçayda yerli zavodların istehsalı olan və Bakıdan gətirilən çörəklər 40 qəpiyə, təndir çörəyi isə 50 qəpiyə satılırdı.
APA TV-nin yerli bürosunun məlumatına görə, bu günlərdə rayonda bəzi mağazalar yerli istehsal olan çörəkləri 25 və 35 qəpiyə satmağa başlayıblar.
Satıcılar və alıcılar deyir ki, bir həftə öncə mağazalarda yerli çörək 40 qəpiyə satılırdı, hazırda isə 25-35 qəpiyə satılır. Vətəndaşlar çörəyin 25 qəpiyə satılmasından razılıq edir. Bir manata 3 çörək əvəzinə indi 4 çörək ala bilən rayon sakinləri qiymət endirimini müsbət hal kimi dəyərləndirir:
"Bizə bu qiymət sərf edir. Hər gün 4 çörək alıram. Qonağım olanda daha çox çörək alıram. İndi ucuzlaşma olduğu üçün əlavə 1-2 çörəyin pulu da mənə qalır".
"Rayonda bəzi yerlərdə çörək hələ də 40 qəpiyə satılır. Qiymətlərin endirilməsi yaxşı haldır. Bir neçə böyük mağazanın çörəyin qiymətinə endirim etməsi daha əlverişlidir".
Mağazada satıcı işləyən Çoşqun Ömərov deyir ki, çörəklər 25, 35 və 40 qəpiyə satılır. 25 qəpiklik çörəyin çəkisi 390 qram, 40 qəpiklik çörəyin çəkisi 460 qramdır. 40 qəpiklik çörəklə müqayisədə 25 qəpiklik çörəyə iki dəfə çox tələbat var. İnsanlar əsasən 25 qəpiklik çörəkləri almağa üstünlük verir. Qiymətlərin endirilməsi müştəri qazanmaq baxımından da sərfəlidir.
Çörəkbişirmə sexindən bildiriblər ki, son vaxtlar rayonda bir kisə unun qiymətinin 26 manatdan 24 manata düşməsi də çörəyin qiymətinin də 5-10 qəpik aşağı endirməyə imkan verib.
Elvin Yaqubov APA TV
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır