"ASAN Xidmət" Cocuq Mərcanlıda səyyar xidmət göstərib

Səyyar "ASAN xidmət" Cocuq Mərcanlı kəndində olub. APA TV-nin Qarabağ bürosunun məlumatına görə,  xidmətin əməkdaşları Cocuq Mərcanlıda məskunlaşan Həziyevlərin 2 ailəsinin 4 üzvünə və tikinti bərpa işində işləyən Cəbrayıl rayon qeydiyyatında olan 2 sakinə şəxsiyyət vəsiqəsi təqdim edib. 


Yeni şəxsiyyət vəsiqələri  alanlar arasında ilk dəfə olaraq 16 yaşı və müəyyən olunmuş yaş həddini tamamlayanlar da var.  Səyyar xidmətin həyata keçirilməsində əsas  məqsəd  dövlət xidmətlərini vətəndaşlara daha rahat üsullarla təqdim etməkdir.

 

"ASAN xidmət"in qrup rəhbəri Ülvi Həsənzadə deyib ki, Cocuq Mərcanlıda tikinti-bərpa sahəsində çalışan işçi qrupu sənədləşmə ilə əlaqədar iş yerlərini tərk edə bilmir: "Cənab prezident İlham Əliyevin tapşırığına əsasən görülən işlərin operativ aparılması üçün burada tikinti-bərpa sahəsində çalışan işçi qrupu sənədləşmə ilə əlaqədar iş yerlərini tərk edə bilmir. Biz də "ASAN xidmət" olaraq bunu nəzərə alaraq, iki gün öncə burda olduq, sənədləşmə işlərini apardıq. Bu gün isə şəxsiyyət vəsiqələrini öz sahiblərinə təhvil verdik".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR