Saxlanılan şəxs: "Oğurladığım konturları dost-tanışa satdım" - DAŞKƏSƏNDƏ OĞURLUQ

Daşkəsəndə mağazadan oğurluq edən şəxs saxlanılıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, rayon sakini Vəli Rzayevin mağazasından oğurluq edən 30 yaşlı Natiq Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb. Natiq Qurbanov qanunsuz daxil olduğu mağazadan xeyli miqdarda nağd pul, müxtəlif danışıq kartları və tütün məmulatı aparıb.

 

Daşkəsən rayon Polis Şöbəsi rəisinin əməliyyat üzrə müavini İlqar Haqverdiyev əməliyyat barədə açıqlama verib: "Daşkəsən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törədən Daşkəsən rayon sakini, 1987-ci il təvəllüdlü Qurbanov Natiq Əbülfət oğlu maddi sübutlarla bilikdə saxlanılaraq istintaqa təhvil verilib".

Saxlanılan Natiq Qurbanov oğurluq törətməsini etiraf edib. O bildirib ki, mağazaya dəmir barmaqları əyərək daxil olub. Əldə etdiyi danışıq kartlarını bir qismini yaxınlarına sataraq pulunu xərcləyib: "Mağazadan pul, kontur və bir qutu siqaret götürüb çıxdım getdim evə. Evə gedəndən sonra konturları dost-tanışa satdım. Qalan 2-3 manatını da özüm yüklədim. Qalan pulları özüm üçün xərcləmişəm.

Natiq Qurbanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb. İstintaq aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR