"Narkomaniya: Ölümə aparan yol" mövzusunda tədbir keçirilib

Sabunçu rayonu  209 nömrəli orta məktəbdə "Narkomaniya: ölümə aparan yol" və "Erkən nikah və fəsadları" mövzularında tədbir keçirilib.


200-ə yaxın şagird və müəllim heyətinin qatıldığı tədbirdə Sabunçu rayon Polis İdarəsinin rəisi, polis polkovniki Eldar İlyasov, rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov iştirak ediblər. Şagirdlər iştirakçılara ailədə olan valideyn nəzarətsizliyinin övladların təlim-tərbiyəsinə pis təsir etməsinə dair səhnəcik nümayiş etdiriblər.

 

Çıxış edənlər narkomaniyanı bəşəriyyətin ən böyük bəlası adlandıraraq, onun cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu deyiblər.

 

Polis İdarəsinin profilaktik işin təşkili idarəsinin rəisi Əli Babayev yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə məruzə edərək, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışıb.

 

Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov isə narkomaniyaya qarşı mübarizə üzrə təbliğat işlərinin aparılmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyət düşdüyünü vurğulayıb.

 

Tədbirin sonunda qonaqlar şagirdlərin suallarını cavablandırıb.   

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR