Baş endokrinoloq: "Şəkər xəstələrinin artması mətbəximizlə bağlıdır"
Bu gün Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 220 min nəfər təşkil edir. Bu rəqəmi APA TV-yə respublikanın baş endokrinoloqu Rafiq Məmmədhəsənov açıqlayıb.
"Bu statistika dünya ölkələrində artmaqda davam edir. Dünyada 380 milyon şəkərli diabet xəstəsi var. Ümumdünya Səhiyyə Təşkilatının diabet komissiyası 2025-ci ildə bu rəqəmin təxminən 450-500 milyon çatacağını proqnozlaşdırır. Bu, bir növ epidemiya kimidir, bütün dünyada yayılıb. Bu rəqəmin Azərbaycanda da artması təəccübləndirici hal deyil. Digər inkişaf etmiş ölkələrlə müqayisədə bizdə artım statistikası aşağıdır" .
Rafiq Məmmədhəsənov qeyd edib ki, şəkərli diabetə gedən yol Azərbaycan milli mətbəxindən keçir.
"Son dönəmlərdə karbohidratlı qidalar, şirniyyat məhsulların meyllənmə həddindən çoxdur. Bu gün elə ev tapılmaz ki, stolunun üstündə tort və digər şirniyyat məhsullarına rast gəlinməsin. Nişan mərasimində tort, toy mərasimində tort. Müasir insanlarımız karbohidrata yox deyə bilmir. Hərəkət məhdudluğu da şəkərli diabetə yol açan əsas amillərdən biridir ki, indi çoxlarımızda bu hala tez-tez rast gəlinir. Bu da əvvəl piylənmə, sonra isə şəkərli diabetə yol açır".
Mütəxəssisin sözlərinə görə şəkərli diabet artıq tibbi problem çərçivəsindən çıxaraq, sosial bəlaya çevrilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır