87 yaşlı Bakı sakini: "Qaqarin kimi kosmonavt olmaq istəyirəm"

56 il əvvəl dünya tarixində bir ilk gerçəkləşib. Kosmonavt Yuri Qaqarin “Baykonur” kosmodromundan orbitə qaldırılan “Voktok-1” kosmik gəmisi ilə Yer kürəsinin ətrafına 1 saat 48 dəqiqə dövrə vurub. 1962-ci ildən ikinci sovet kosmonavtı German Titovun təşəbbüsü ilə 12 aprel günü kosmonavtika günü kimi qeyd olunur. 2011-ci ildən BMT-nin qərarı ilə 12 aprel tarixi beynəlxalq insanın kosmosa ilk uçuşu günü elan olunub. Bəs, paytaxt sakinləri necə, 12 aprel tarixindən xəbərdardırlarmı?

Paytaxt sakinlərinə başqa bir sualımız da var. Sovet dövrünün məktəblilərinin ən böyük arzularından biri kosmonavt olmaq idi. Görəsən, paytaxtın yaşlı sakinləri necə, o vaxtlar kosmonavt olmaq arzusuna düşübmü? 

Nigar Həsənli

Rizvan Zahidoğlu

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR