"Prava" alacağını dedi, 5 nəfərin pulunu aldı: dələduz yaxalandı
Qazax polisi dələduzluq edən şəxsi saxlayıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Salahlı kənd sakini, 56 yaşlı Musa Cəfərov 5 həmyerlisini aldadaraq onlardan ümumilikdə 5 min manat pul müqabilində övladları üçün sürücülük vəsiqəsi alacağını deyib.
Pulu aldıqdan sonra isə o paytaxta üz tutub. Dələduzluğa məruz qalan Daş Salahlı kənd sakinlərinin müraciəti əsasında polis Musa Cəfərovu Bakı şəhərində saxlayaraq istintaqa cəlb edib. O, öz ifadəsində sürücülük kursunun olduğunu bildirib.
Hazırda dələduzluqda təqsirləndirilən şəxsin başqa cinayət əməllərinin olub-olmadığı araşdırılır.
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:39
891
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1044
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1594
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1071
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1757
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1226