Gəncədə mənzildə qaz partlayışı olub, yaralı var

Gəncədə yaşayış binasında qaz partlayışı baş verib, nəticədə bir nəfər yüngül xəsarət alıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon, bina 4 a, mənzil 28 ünvanında qeydə alınıb.

Qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində 57 yaşlı Rəqibə Musayeva yüngül bədən xəsarətləri alıb. Yaralı Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Tibbi yardım göstərildikdən sonra evə ambulator müalicəyə buraxılıb.

Qonşuların sözlərinə görə, onlar evdə kirayə qalırlar. Partlayışın səsi isə bina sakinlərində qorxu yaradıb.

Hadisə yeri FHN-in yerli qurumları tərəfindən müayinə edilib. Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR