Tovuzda ağır qəza: 1 ölü, 2 yaralı

Tovuzda ölümlə nəticələnən yol qəzası qeydə alınıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Qovlar şəhərindən keçən hissəsində baş verib.

Şəmkir rayon Düyərli kənd sakini Elmir Yunisli gecə saatlarında "VAZ" markalı avtomobillə sürətlə hərəkət edərkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə və xilasedici dəstələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalmış Elmir Yunislinin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə olan digər sərnişinlər - Düyərli kənd sakinləri, 22 yaşlı Amin Yuniszadə və 25 yaşlı Sadiq İsrafilov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR