Türkiyədə 2 gündə ikinci partlayış baş verdi: TERROR, YOXSA?

Türkiyənin qərbində partlayış olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Tekirdağ vilayətindəki tikiş fabrikində qeydə alınıb.

Partlayış nəticəsində 29 nəfər yaralanıb, ətrafa təhlükəli kimyəvi maddə sızır. Hadisə yerinə çox sayda yanğınsöndürən, xilasedici və polis qüvvələri cəlb edilib.


İşçilər təxliyə edilib, fabrikin yerləşdiyi böyük bir ərazi nəzarət altına alınıb.

Partlayışın baş verdiyi Çərkəzköy qəsəbəsində körpəsi olan qadınlara uşaq əmizdirməmək məsləhət görülüb.

Bu arada dünən Diyarbəkirdə baş verən partlayış nəticəsində ölü sayı 3-ə çatıb. Araşdırmalar nəticəsində hadisənin terror aktı olduğu təsdiqlənib.
 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR