Nazarbayevdən tarixi qərar: ölkə latın əlifbasına keçir
Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətə yeni göstəriş verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, göstəriş ölkədə latın əlifbasına keçidlə əlaqədardır:
"Biz hazırlıq işlərinə başlayırıq. Hökumət yeni qrafikanı müəyyənləşdirməlidir. Kiril əlifbası latın əlifbasına dəyişdiriləcək", - deyə Nazarbayev "Egemen Qazaxıstan" qəzetində müəllif məqaləsində bildirib.
Prezident qeyd edib ki, mütəxəssis və tanınmış ictimai xadimlərlə məsləhətləşmələr 2017-ci ilin sonunda başa çatacaq və standart əlifba qəbul ediləcək.
"2018-ci ildən isə həmin mütəxəssislərin tam yetişdirilməsi üçün işləməliyik. Məhz bundan sonra əlaqədar təşkilatlar və mütəxəssislər latın qrafikası ilə yeni dərsliklərin hazırlanmasına başlamalıdır".
Nazarbayev qeyd edib ki, sözü gedən işlər yekunlaşana qədər ölkədə kiril əlifbasından istifadə qüvvədə olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır