ABŞ-da benzin ehtiyatları azalır, neftin qiyməti 56 dolları keçdi
Neft sürətlə bahalaşmaqda davam edir. "Brent" markalı neft uzun fasilədən sonra ilk dəfə 56 dollardan baha satılıb. Səhər seanslarında "Brent" neftinin qiyməti 56,42 dollar olub, axşam açıqlanacaq hesabatdan sonra qiymətlərin daha da artacağı gözlənilir.
Qərbi Texas nefti də aprel ayının rekordunu müəyyənləşdirib. WTİ neftinin bir bareli 53,60 dollara təklif olunur. Hazırda "Brent" və WTİ markaları arasında qiymət fərqi 2,82 dollar təşkil edir.
Bu gün ABŞ-ın neft ehtiyatlarının həcminə dair rəsmi hesabat açıqlanacaq. Hesabatla bağlı proqnozlara əsasən, ölkədə benzin ehtiyatlarının həcminin 2 milyon barelə yaxın azalacağı gözlənilir. Bu proqnoz neft emalı müəssisələrinin istehsalı artırması ilə bağlıdır. Ehtiyatların azalması neftin qiymətinin həftənin son hərraclarında 57 dollar həddini keçməsinə səbəb ola bilər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır