Tramp təsdiqlədi: daha bir ölkə NATO-ya üzv olur

ABŞ prezidenti Donald Tramp Çernoqoriyanın NATO-ya üzvlüyünü təsdiqləyən protokolu imzalayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sənəddə Şimali Atlantika Alyansı qapılarının açıq olduğu bildirilərək, Qərbi-Balkan regionu ölkələrinin öz gələcəyini sərbəst şəkildə seçmək hüququnun olduğu öz əksini tapıb. Qeyd olunub ki, prezident D. Tramp NATO ölkələri liderlərinin 25 may tarixində Brüsseldə keiriləcək görüşünü səbirsizliklə gözləyir:

 

"ABŞ Çernoqoriyanın NATO-nun 29-cu üzvü olmasını səbirsizliklə gözləyir və bu ölkə ilə münasibətlərin gələcəkdə daha da möhkəmləndirilməsi üçün fəaliyyəti davam etdirəcək"- deyə, Ağ Evin rəsmi açıqlamasında bildirilir. 

 

Martın sonunda senatorlar səs çoxluğu ilə Çernoqoriyanın alyansa üzvlüyünü dəstəkləyib. Onlar öz çıxışında bu addımın Kremlin siyasətinə cavab siqnalı olduğunu xüsusilə qeyd edib.

 

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR