Şimali Koreya: ABŞ-la müharibəyə hazırıq
"ABŞ gərginliyi artırsa, Pxenyan buna hərbi yolla cavab verəcək".
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir.
Bu bəyanat rəsmi Vaşinqtonun Koreya yarımadasına aviadaşıyıcı göndərilməsi barədə qərarına cavab olaraq qiymətləndirilir.
Pxenyanın sakinlərinin də məsələyə öz yanaşması var: "Biz sülhsevər olsaq da nə kimdənsə qorxur, nə də sülh dilənmək fikrində deyilik. Əgər bizi təhrik edərlərsə, öz gücümüz hesabına özümüzü qoruya bilərik.
Şəhər sakinləri hakimiyyətin yanında olduqlarını deyir: "Nə Cənubi Koreyadakı marionetlər, nə də Yaponiya hökumətinin raket sınaqları bizi qətiyyən narahat etmir. Hesab edirəm ki, ABŞ ordumuzun müdafiə məqsədli addımlarından narahat olmamalıdır. ABŞ ikili standartlardan imtina etməlidir".
Cənubi Koreya isə ABŞ hərbi gəmilərinin yarımadaya göndərilməsini şimal tərəfdən nüvə sınağı, eləcə də ballistik raketlərin buraxılmasına qarşı atılan addım kimi dəyərləndirir. Yarımadaya istiqamətlənən ABŞ eskadriliyasını ballistik raketləri aşkarlaya bilən sistemlə təchiz olunan iki esmines müşayiət edir.
Qeyd edək ki, ABŞ və Cənubi Koreya Şimali Koreya ilə 1953-cü il müharibəsinin bitməsindən sonra sülh sazişi imzalamayıblar.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır