Göyçaylılar narahatdır: SEL MEYVƏ BAĞLARINI YUYUB APARIR
Göyçay rayonu ərazisindən keçən Göyçay çayı gətirdiyi su ilə bir çox problemlərə yol açıb, sahilyanı ərazilərdə fəsadlara səbəb olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, hər il yaz aylarında dağlardakı qarın əriməsi və yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları çayın yatağını xeyli genişləndirib, sahildəki əkin sahələrinə, meyvə bağlarına ziyan vurub. Sel suları Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsünün alt dəmir-beton dayaqları, eləcə də körpünün kənarındakı torpaq qatını yuyaraq təhlükəli vəziyyətin yaranmasına səbəb olub.
Sakinlər deyir ki, əgər Göyçay çayının kənarlarında beton bəndvurma işləri aparılmasa, getdikcə yatağı genişlənən çayın suyu yaxın ərazilərdəki evlərə də təhlükə yaradacaq.
Göyçay çayının sağ sahilindəki Potu, Ulaşlışıxlı, Çərəkə kəndlərinin, sol sahilindəki Cəyirli, Qızılağac, Şəkili və Kürdşaban kəndlərinin sakinləri tez-tez çayın gətirdiyi sel sularının törətdiyi fəsadlardan əziyyət çəkir.
Göyçay Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, sakinləri narahat edən bu məsələdən xəbərdardırlar. Problemin həlli üçün işlərə başlanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır