Tramp: "Şimali Koreya problemini tək həll edərik"
"Əgər Çindən səs çıxmasa Şimali Koreya problemini özümüz həll edəcəyik". APA TV-nin məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb: "Pxenyan özünü çıxılmaz vəziyyətə salır. Pekin bizə dəstək versə, əla olar. Əgər belə olmasa təkbaşına məsələni həll edərik", - deyə, o qeyd edib.
Ağ Ev sahibi Çinə sərfəli ticarət təklifləri də təqdim etdiyini deyib: "Mən Çin liderinə başa saldım ki, ABŞ-ın yeni şərtləri əslində onlar üçün göydən düşmədir. Amma bunun üçün Şimali Koreya problemindən yaxa qurtarmaq lazımdır".
Xatırladaq ki, bir neçə gün əvvəl Çin rəhbəri Floridada Donald Trampla görüşüb. Onun ABŞ-a səfəri başa çatan kimi Pentaqon Koreya yarımadası sahillərinə atom aviadaşıyıcısı göndərib.
OXŞAR XƏBƏRLƏR
14:39
904
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1056
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1604
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1073
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1759
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1228