Tillerson Rusiyaya gəldi - DÜNYANIN GÖZÜ MOSKVADA!

ABŞ Dövlət Departamentinin rəhbəri Moskvaya gəlib.  APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Reks Tillerson rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Bu, yeni dövlət katibinin Rusiya paytaxtına ilk səfəridir.

 

Tillersonun Lavrovla xüsusi ilə Suriya və Ukrayna məsələlərini müzakirə edəcəyi bildirilir. Həmçinin gündəmdə Şimali Koreyanın raket sınaqları və Liviyadakı vəziyyət barədə danışıqlar olacaq.

Xatırladaq ki, səfər ərəfəsində Moskva-Vaşinqton münasibətlərində son dərəcə gərginlik hiss edilir. Əsəd qüvvələrinin İdlibə kimyəvi silahlarla edilən hücumda Rusiya günahlandırılır.

Tillersona gəlincə, o Moskvaya səfərdən öncə Rusiyanın ünvanına ultimatum səsləndirib.

Bundan əlavə dövlət katibi Rusiyaya gəlməzdən əvvəl Ukrayna prezidenti ilə əlaqə saxlayıb və Vaşinqtonun adı çəkilən ölkənin ərazi bütövlüyünü dəstəklədiyini xatırladıb.

Diplomatı gətirən təyyarə "Vnukovo"ya enişi isə aeroportda yanğın baş verib. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR