ABŞ-dan Rusiyaya ultimatum: Ya bizim yanımızda olacaqsan, ya Əsədin!

"ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya ultimatum verib". APA-nın "Associated Press" agentliyinə istinadən xəbərinə görə, ultimatum Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə dəstəyi ilə bağlıdır. Reks Tillerson bildirib ki, Rusiya seçim etməlidir: ya ABŞ və digər sağlam düşüncəli dünya dövlətləri, ya da Əsəd rejimi, İran və "Hizbullah".

 

"Biz Suriya xalqının iztirablarını yüngülləşdirmək istəyirik. Rusiya bu gələcəyin tərkib hissəsi olaraq vacib rol oynaya bilər, yaxud həmin qrupla müttəfiqliyini saxlaya bilər ki, bizim fikrimizcə, bu, uzunmüddətli perspektivdə Rusiyanın maraqlarına xidmət etməyəcək", - deyə Reks Tillerson söyləyib.

 

Rusiya prezidenti Vladimir Putin isə Suriyada daha bir kimyəvi hücumun olacağı ilə bağlı xəbərdarlıq edib.

 

“Etibarlı mənbələrdən aldığımız məlumata görə, Suriyanın digər bölgələrində, o cümlədən Dəməşqdə kimyəvi hücum təxribatı planlaşdırılır”, - deyə o bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR