Bakıda ayda 150 manat ödəməklə 1 otaqlı ev almaq mümkün olacaq
"Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamaldakı şəhərciyin ilk binasının üçüncü, məktəbin isə ikinci mərtəbəsi tikilməkdədir. Paralel olaraq növbəti 15 binanın tikintisinə başlanılıb". APA TV-nin xəbərinə görə, bu fikirləri MİDA-nın direktoru Samir Nuriyev Agentliyin 1 illik yubileyinə həsr olunmuş hesabat tədbirində deyib.
"Bu ay növbəti 7 binanın, ümumilikdə isə 22 binanın paralel tikilməsi həyata keçiriləcək. Bundan əlavə həm su-kanalizasiya sisteminin, həm də elektrik xətlərinin çəkilməsi işləri həyata keçirilir. Bu layihədə 20 özəl şirkətin iştirakı gözlənilir. Təxminən 2000-2500 nəfərdən artıq yeni iş yerlərinin yaradılması nəzərdə tutulub".
Samir Nuriyev əlavə edib ki, hal-hazırda Hövsan yaşayış kompleksinin baş planı üzərində işlər gedir: "Bu yaxınlarda işlər başa çatdırılacaq. Həmin ərazidə MİDA üçün 20 hektar torpaq sahəsi ayrılıb. Bu da 3000 mənzilin tikilməsi deməkdir. Mayın 1-dən elektron qeydiyyat prosesinə başlanılacaq".
Direktorun sözlərinə görə, MİDA-nın həyata keçirdiyi layihələrdə aylıq 130-150 manat ödəməklə birotaqlı, 300 manat ödəməklə isə üçotaqlı mənzillərə sahib olmaq olacaq.
"Mənzil təminatı prosesində bazar qiyməti nəzərə alınacaq. Azərbaycan İpoteka Fondu orta bazar qiymətinin hesablanmasını hər 6 aydan bir sifarişlə əldə edir. Biz artıq mənzillər satışa çıxarmamışdan öndə fond tərəfindən həmin ərazi üzrə orta bazar qiymətini əldə edəcəyik və çalışacağıq ki, həm uzunmüddətli ödəniş baxımından, həm də nağd ödəniş baxımından sərfəli olsun".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır